AZ

(CORRECT) Azərbaycanda milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir (FOTO)

Bakı. Trend:

Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar AzərbaycanRespublikasının yubiley medalı təsis ediləcək.

Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yazsessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsihaqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanuna edilən dəyişikliklə “Azərbaycan milli mətbuatının 150illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalıhaqqında Əsasnamə” də təsdiqlənəcək.

Əsasnamədə bildirilib ki, “Azərbaycan milli mətbuatının 150illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı iləmedia sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədəsəmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənənAzərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərtəltif ediləcəklər.

Qanun layihəsi bir oxunuşda qəbul olunub.

Seçilən
14
az.trend.az

1Mənbələr