AZ

Türkiyədə sosial mediaya yaş məhdudiyyəti tədbiq edilə bilər

Bakı, TurkicWorld

Paylaşım platformalarının daha sıx nəzarət olunması və istifadəsinə yaş sərhədi qoyulması da daxil olmaqla müxtəlif tənzimləmələri qiymətləndiririk.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Esenyurtda Rəcəb Tayyib Ərdoğan adına təhsil kompleksinin açılış mərasimində çıxış edərkən deyib.

Türkiyə prezidenti Ərdoğan sosial media üçün müxtəlif tənzimləmələri qiymətləndirib.

Ərdoğan sosial mediada yaş sərhəddinin tətbiq oluna biləcəyini vurğulayıb.

Bundan əlavə, Ərdoğan, əlil müəllimlərin təyinatı ilə bağlı məlumat verib və yaxın zamanlarda nazirliyin elan veriləcəyini qeyd edib.

Seçilən
1
turkic.world

1Mənbələr