Suriyanın Münbiç şəhəri yaxınlığında bomba yüklü avtomobil partladılıb.
Teleqraf.com-un xəbərinə görə bu barədə Suriya dövlət mətbuatı məlumat yayıb. Ölkənin şimalında, Münbiç şəhəri yaxınlığındabaş verən hadisə zamanı azı 15 nəfər həyatını itirib. Türkiyə sərhədinə təxminən 30 kilometr məsafədə yerləşən Münbiçdə törədilən terror aktının məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.
Məlumata görə, bomba yüklü maşın kənd təsərrüfatı işçilərini daşıyan bir nəqliyyat vasitəsinin keçidi zamanı partladılıb. Hücumda 14 qadın və bir kişi həyatını itirib, 15 qadın isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Suriya mülki müdafiə təşkilatı hücumu "soyqırım" adlandırıb.
Müəllif: Teleqraf.com