“Pələng” könüllü dəstəsinin komandiri, Primorsk diyarının vitse-qubernatoru Sergey Yefremov pikapda yaralı əsgərləri təxliyə edərkən döyüş bölgəsində ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Hərbi ekspert Aleksey Sukonki deyib ki, o, pikapı yaralıların ardınca şəxsən idarə edib və geri qayıdarkən maşın tank əleyhinə minaya düşüb.
O bildirib ki, Yefremov bir neçə yüz döyüşçüdən ibarət dəstəyə komandanlıq edib, lakin heç vaxt həyati təhlükəsi olan işlərdən, xüsusən də yaralıları xilas etmək lazım olanda çəkinməyib.
"Kubinets" çağırış işarəsindən istifadə edən könüllülərin komandiri hərbi yoldaşlığın əsas prinsipinə sadiq qalıb: özün öl, amma yoldaşını xilas et", - deyə ekspert vurğulayıb.