AZ

İsrail ordusu qaçqın düşərgəsində təxminən 20 binanı partladıb

İsrail

İsrail hərbçiləri, İordaniya çayının Qərb sahilindəki Cenin qaçqın düşərgəsində təxminən 20 binanı partladıb.“Ulusum”.az xəbər verir ki, yerli media məlumatlarına görə, bu hadisə bazar günü baş verib.Qeyd edək ki, İsrail ordusunun mühasirəsi və hücumları nəticəsində 3000 fələstinli Cenin Qaçqınlar Düşərgəsindən köç etmək məcburiyyətində qalıb.Qəzza zolağında atəşkəsdən sonra İsrail hərbçiləri Qərb sahilində əməliyyata başlayıb. Əməliyyat artıq təxminən iki həftədir ki, davam edir.Şənbə günü İsrailin hava zərbələri nəticəsində beş fələstinli həlak olub. Bunu Fələstin Səhiyyə Nazirliyi məlumat verib. Beləliklə, yeni əməliyyatın qurbanlarının sayı artıq 23-ə çatıb.İsrail Müdafiə Ordusu partlayışları, binaların terrorçular tərəfindən istifadə edilməsi ilə izah edib. İsrailin Qərb sahilindəki əməliyyatı 21 yanvar tarixində başlayıb.Səidə

Diqqət Çəkənlər

Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər

Tramp Kanada, Meksika və Çin mallarına yeni rüsumlar tətbiq edib

Professor: Ukrayna münaqişəsi Tramp üçün yeni Vyetnama çevrilə bilər

Seçilən
4
ulusum.az

1Mənbələr