Ticarət müharibələri ilə bağlı narahatlıqlar gücləndiyi üçün qlobal riskdən yayınmanın təsiri ilə dollar bahalaşır.
Marja.az xəbər verir ki, ABŞ Dolları/Türkiyə Lirəsi məzənnəsi ilk dəfə 36.0015 lirəni görüb.
Türkiyə Statistika Xidmətinin (TÜİK ) məlumatına görə, yanvar ayında ölkədə inflyasiya 5,03 faiz olmaqla proqnozun üzərində artarkən, illik inflyasiya isə 42,12 faiz olub.
Aylıq inflyasiya yanvarda 11 ayın ən yüksək səviyyəsinə çatıb, illik inflyasiya isə 1,5 ilin ən aşağı səviyyəsinə düşüb.
ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikaya 25 faiz, Çinə isə 10 faiz rüsum tətbiq etmək vədinə əməl edib.
Trampın Kanada, Meksika və Çinə əlavə gömrük rüsumları tətbiq etməsi ticarət müharibələrini başladıb və bu, qlobal iqtisadi artımı yavaşlatacağı ilə bağlı qorxulara səbəb olub.