AZ

“Ermənistan hakimiyyəti yeni həyati əhəmiyyətli güzəştlərə hazırlaşır” - Erməni deputat

İndi böyük təhlükə var ki, sabah və ya o biri gün qondarma “dəhlizin” köçürülməsi məsələsi ortaya çıxacaq. Camaatı hazırlayırlar desinlər ki, Meğrini biz verməmişik, onu artıq veriblər.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu fevralın 3-də jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat Armen Rüstəmyan deyib.

Deputat bildirib ki, onlar yeni, həyati əhəmiyyətli güzəştlərə getməyə hazırlaşırlar: “Qarabağı təslim etməzdən əvvəl deyirdilər ki, Qarabağ məsələsi çoxdan həll olunub, onlara qədər təslim edilib, danışıqlar həmişə Artsaxı Azərbaycanın tərkibində saxlamaq məqsədi daşıyırdı. Bunun nəticəsi Qarabağın təslim olması oldu”.

Sərhəddə aparılan demarkasiya və delimitasiya işləri Ermənistana nə verir sualına Rüstəmyan belə cavab verib: “Azərbaycan heç bir yerə geri çəkilməyə hazırlaşmır. Özlərininki hesab etdikləri əraziləri isə azərbaycanlılar demarkasiya yolu ilə alacaqlar. İndi isə anklavlarla bağlı sual yaranacaq. Tavuşda hələ bitməyib, onlar bizim ən yaxşı təchiz olunmuş ön xəttimizi məhv etdilər və bizi müdafiəsiz qoydular”.

Onun sözlərinə görə, hələ cavabı tapılmayan bir sual var: “Kirantsdan Gürcüstanla sərhədə qədər dövlətlərarası yolun hər hansı hissəsi Azərbaycanın nəzarətinə keçəcək, ya yox? “Cavab yoxdur, çünki desə ki, bəli keçir, onda xalq üsyan edəcək. Yox desə, o zaman Bakı bəyan edəcək ki, necə yəni keçmir? Ona görə də hər şeyi bulandırır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr