AZ

Qaxda yol qəzası olub, xəsarət alan var

Qaxda yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qorağan-Qax avtomobil yolunda, Alatəmir kəndi ərazisində baş verib. İlkin məlumata görə, “QAZel” markalı xırda tutumlu yük maşını minik avtomobili ilə toqquşub, daha sonra aşıb.

“QAZel”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
1
apa.az

10Mənbələr