AZ

Parlament “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliyi təsdiqləyib

Bakı, 3 fevral, AZƏRTAC

Milli Məclis “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 3-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əmək pensiyasının minimum məbləğinin 2025-ci ilin fevralın 1-dən 320 manat məbləğində müəyyənləşdirilməsi təklif olunub.

Seçilən
18
azertag.az

1Mənbələr