AZ

İrəvanda rus vətəndaşları saxlanıldı

Ermənistanda İrəvan metrosunda vandalizm aktları törətməkdə şübhəli bilinən 4 Rusiya vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Biri Litva, dördü isə Rusiya vətəndaşı olmaqla beş nəfər saxlanılıb. Onlar metro vaqonlarını boya ilə rəngləməkdə şübhəli bilinirlər”, - məlumatda deyilir.

İrəvan Metropoliteninin rəhbəri Babken Sedrakyan şəhər meriyasında keçirilən konfransda deyib ki, insident fevralın 1-də axşam saatlarında baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
14
teleqraf.com

1Mənbələr