AZ

Azərbaycan-Tatarıstan iqtisadi əməkdaşlığı müzakirə edildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Nazir Mikayıl Cabbarov bildirib ki, görüşdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, ticarət, sənaye, sahibkarlıq, innovasiya və digər sahələrdə tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda birgə fəaliyyətin perspektivləri və sənaye parklarında icra edilən layihələr müzakirə edilib.


Müəllif: Mirvari Əzizova
Seçilən
2
teleqraf.com

1Mənbələr