AZ

Aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır

Bakı. Trend:

Azərbaycanda “aerodrom istismarçısı” anlayışı fiziki və yaxudhüquqi şəxslərlə məhdudlaşmayacaq, onların sırasına dövlət orqanıda əlavə ediləcək.

Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yazsessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən“Aviasiya haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksinitapıb.

Belə ki, “aerodrom istismarçısı” anlayışı bir və ya bir neçəaerodromu qanuni əsaslarla istismar edən dövlət orqanı, fiziki vəya hüquqi şəxs çərçivəsində təfsir ediləcək. Bununla da aerodromuistismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasınınyaradılması təmin olunacaq.

“Aviasiya haqqında” Qanunun 4 və 5-ci fəslinin müddəalarıaviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələrivə insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrinbaşvermə səbəbləri, araşdırılmasının nəticələri barədə hesabatınhazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri vəinsidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindənaraşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatınıntələbləri nəzərə alınaraq qanunun 16, 17, 18 və 19-cu maddələrindənəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklifolunur.

Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “BeynəlxalqMülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli KonvensiyasınaƏlavə 13-ün tələblərinə əsasən, Beynəlxalq Mülki AviasiyaTəşkilatına üzv dövlətlər aviasiya hadisələri və insidentlərininaraşdırılması məqsədilə mülki aviasiya qurumundan və onunfəaliyyətinə müdaxilə edə bilən digər qurumlardan müstəqil qurumyaratmalıdırlar. Müvafiq qurum Əlavə 13-ün tələblərinə uyğun olaraqtam müstəqil formada təsis edilməlidir. Buna uyğun olaraq aviasiyahadisələrinin və insidentlərinin araşdırılması üzrə daimikomissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanunayeni anlayışın əlavə edilməsi təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Seçilən
19
az.trend.az

1Mənbələr