Bakı. Trend:
Bəzi özəl tibb müəssisələrində gigiyena vəziyyəti aşağıdır.Yoxlamaların olmamasından istifadə edərək sertifikatsız fəaliyyətgöstərən mütəxəssislər var.
Trend xəbərverir ki, bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının bu günkeçirilən ilk plenar iclasında “Sahibkarlıq sahəsində aparılanyoxlamaların dayandırılması haqqında” qanun layihəsinin müzakirəsizamanı zamanı deputat Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, buna baxmayaraq, ölkədə yetərli qədəryüksək tibbi xidmət göstərən özəl müəssisələr var:
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasındansonra Azərbaycanda səhiyyə büdcəsi 4.2 dəfə artıb. Bu qanununyaratdığı bəzi imkanlardan sui-istifadə hallarının qarşısınınalınması üçün aidiyyəti qurumlar müəyyən addımlar atmalıdır, bəziqərar və qanunlar qəbul edilməlidir”.