Bakı. Trend:
Gənc Sahibkarların V Forumunda sahibkarlığa maraq göstərəngənclər və startaplar biznesə göstərilən dəstək tədbirləri, gənclərarasında sahibkarlığın təşviqi, bu istiqamətdə həyata keçirilənlayihələr barədə məlumatlandırılıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının GənclərFondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgətəşkilatçılığı ilə “Bakı KOB evi”ndə Gənc Sahibkarların V Forumukeçirilib.
Artıq ənənə halını alan Gənc Sahibkarlar Forumunun başlıcaməqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, bizneslayihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar vədövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması,öz bizneslərini qurmaları üçün ilkin biliklərə yiyələnmələrinədəstək olunması, sahibkarlıq subyektlərinin şəbəkələşməsidir.
Sahibkarlıq ekosisteminin fəal üzvlərinin və biznesə marağı olan100-dən çox gəncin iştirak etdiyi forum Azərbaycan RespublikasınınDövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyüuğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin yadolunması ilə başlayıb.
Forumda gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarəHeyətinin sədri Orxan Məmmədov və Azərbaycan RespublikasınınGənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən QədirXəlilov çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən gənclərsiyasəti, sahibkarlığın inkişafı və təşviqi istiqamətində görülənişlər, dövlət dəstəyi tədbirləri, sahibkar düşüncə tərzininformalaşdırılması, gənclərin bilik və bacarıqlarının artırılmasıyönündə həyata keçirilən layihələr, gənc sahibkarların texnolojiyeniliklərə marağı, sahibkarlıq fəaliyyətində yaşıl düşüncənintəbliği barədə fikirlərini bölüşüblər. Forumda həmçinin, QlobalSahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmansın videomüraciəti də dinlənilib.
Tədbir çərçivəsində innovativ biznes ideyaları və uğurlusahibkarlıq fəaliyyəti olan gənclərin fikir mübadiləsinə məhsuldarşərait yaradan “Gənclərin sahibkarlıq fəaliyyəti müasir dünyanınnəbzində” mövzusunda panel müzakirə də təşkil edilib. PaneldəAzərbaycan Respublikasının Gənclər Fondunun moderatorluğu ilə“Xsolla Baku” MMC, “BuyLink” MMC, “Snackpack” MMC və“Kibertəhlükəsizlik platforması” MMC-nin nümayəndələri və gənclərarasında real təcrübələrə əsaslanan və müasir dövrün çağırışlarınacavab olaraq innovativ sahibkarlıq düşüncəsinin formalaşdırılması,sahibkarlıq ekosisteminin inkişafının özü ilə gətirdiyi yeni işmodelləri, dəyişən trendlər və imkanlar mövzusunda müzakirələraparılıb.