Amerikalılar Elon Musk-ın prezident Donald Trampla birlikdə federal hökumətin zirvəsinə oturduğunu görür, ancaq onun orada nə iş gördüyü bəlli deyil.
Bildiyimiz odur ki, o, dünyanın ən varlı adamıdır, prezidentin kampaniyasından ən çox qazanc əldə edən biridir və onun şirkətləri dövlət müqavilələri hesabına şişməkdədir...
“CNN” belə yazır. Gördüyünüz kimi, amerikalılar Elon Musk-ın yeni administrasiyada nə işlə məşğul olması ilə bağlı bilgiyə sahib deyil. Bütövlükdə dünyanın da bundan xəbəri yoxdur. Elon Musk nəsə edir, ancaq hansı statusda, hansı vəzifəni icra edərək? Bəlli deyil. Belə təəssürat yaranır ki, o, Donald Trampla birlikdə, yəni şərikinə Amerikaya rəhbərlik edir...
Elbəyi Həsənli
visiontv.az