AZ

Prezident İlham Əliyev bəzi qanunlarda dəyişiklik edilməsi haqqında Qanun imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında”, “Dövlət rüsumuhaqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qazfəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”,“Elektroenergetika haqqında” və “Energetika haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunimzalayıb.

Trend xəbər verir ki, Qanunaəsasən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun7-ci maddəsinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Bu maddənin 1-ci hissəsində göstərilən icazələrinverilməsinə görə “Dövlət rüsumu haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumututulur.”.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunundaaşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü maddə üzrə:

2.1.1. 4.3-cü maddənin birinci cümləsinə “rüsumları” sözündənsonra “e-bildiriş” əsasında” sözləri əlavə edilsin;

2.1.2. aşağıdakı məzmunda 4.3-1 – 4.3-3-cü maddələr əlavəedilsin:

“4.3-1. Dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinəköçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumununhesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum)tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və yadüzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dairməlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunundövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)informasiya sistemi vasitəsilə həyata keçirilir.

4.3-2. “e-bildiriş” dövlət rüsumu tutulan hər bir xidmət vəhüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlətrüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrəhesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunun4.3-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilətəqdim edilən sənəddir. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotuqaydaları, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrəmədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.3-3. Bu Qanunun 20-3-cü maddəsində nəzərdə tutulan dövlətrüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olanhüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manatməbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosialmüdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılmasıməqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdənistifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən edilir.”;

2.2. 5.3-cü maddədə “20” rəqəmləri “10” rəqəmləri ilə əvəzedilsin;

2.3. aşağıdakı məzmunda 18.74-1-ci, 18.76-1 – 18.76-4-cü,18.77-1 – 18.77-3-cü, 18.79 – 18.88-ci maddələr əlavə edilsin:

“18.74-1. Rüsumsuz ticarət mağazasının yaradılmasına icazəninverilməsi – 100 manat.”;

“18.76-1. Su elektrik stansiyaları və bio kütlədən alınan qaz vəya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisiistehsal edən elektrik stansiyalarında elektrik enerjisininistehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdançox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150manat.

18.76-2. Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi –150 manat.

18.76-3. Elektrik enerjisinin paylanmasına icazənin verilməsi –150 manat.

18.76-4. Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazəninverilməsi – 150 manat.”;

“18.77-1. Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkınrezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

18.77-2. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsininverilməsi – 70 manat.

18.77-3. Texnoloji biznes inkubatorunun qeydiyyatşəhadətnaməsinin verilməsi – 70 manat.”;

“18.79. “İxrac nəzarəti haqqında” Azərbaycan RespublikasınınQanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin,xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı,idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100manat.

18.80. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadirejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.

18.81. Qazın istehsalına və təbii qazın emalına icazəninverilməsi – 200 manat.

18.82. Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.

18.83. Qazın paylanmasına icazənin verilməsi – 50 manat.

18.84. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi vəistismarına icazənin verilməsi – 150 manat.

18.85. Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi –100 manat.

18.86. Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi–150 manat.

18.87. Neft və qaz yataqlarının işlənməsinə və hasilatınaicazənin verilməsi – 150 manat.

18.88. Neft və neft məhsullarının boru kəmərləri vasitəsilənəqlinə icazənin verilməsi – 150 manat.”.

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun9.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“9.1. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin,əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı,təkrar idxalı və tranziti bu Qanuna və “Lisenziyalar və icazələrhaqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənverilən xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazəninverilməsinə görə “Dövlət rüsumu haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumututulur.”.

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimintətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsindəaşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:

“7.1-1. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulanşəhadətnamənin verilməsinə görə “Dövlət rüsumu haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumututulur.”;

4.2. 7.4-cü maddədə “3 (üç)” sözləri “10 (on)” sözləri ilə əvəzedilsin.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.1.4-cü maddədə “istismarı” sözü “istismara buraxılması”sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 8.2-1-ci maddə əlavə edilsin:

“8.2-1. Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan icazələrinverilməsinə görə “Dövlət rüsumu haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumututulur.”.

“Energetika haqqında” Azərbaycan Respublikasının Qanununaaşağıdakı məzmunda 4.1-1-ci maddə əlavə edilsin:

“4.1-1. Neft və qaz yataqlarının kəşfiyyatına, işlənməsinə vəhasilatına, neft və neft məhsullarının boru kəmərləri vasitəsilənəqlinə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdədövlət rüsumu tutulur.”.

Bu Qanunun qüvvəyə minməsi

7.1. Bu Qanunun 7.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanun2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

7.2. Bu Qanunun 2.1-ci maddəsi “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 20-3-cü maddəsində nəzərdətutulan dövlət rüsumlarının ödənilməsinə münasibətdə həmin Qanunun4.3-3-cü maddəsində qeyd olunan qaydalarla eyni gündə, digər dövlətrüsumlarının ödənilməsinə münasibətdə isə 2025-ci il iyunun 1-dənqüvvəyə minir.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlardadəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Seçilən
11
3
az.trend.az

4Mənbələr