AZ

"Fənərbağça" klubu ilə doqquz kubok qazanan hücumçu vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fənərbağça"nın və Türkiyə millisinin sabiq hücumçusu Ogün Altıparmak dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 86 yaşında vəfat edib. Ogün 1963-1971-ci illərdə İstanbul klubunda çıxış edib. O, "sarı-lacivərdlər"in heyətində 9 kubok qazanıb. Bunun 4-ü Superliqada olub.
1970/71 mövsümünün sonunda Altıparmak Türkiyə çempionatının bombardiri olub.
Karyerası ərzində "Karşıyaka" və "Vaşinqton Vips"də də çıxış edən Ogün Altıparmaq Türkiyə millisinin heyətində 32 matça çıxaraq 6 qol vurub.
Seçilən
50
25
oxu.az

10Mənbələr