AZ

Rusiya Arktikada ABŞ və Kanadadan üstündür

Rusiya Arktikada böyük hərbi bazalar və limanlar şəbəkəsinə, ən müasir silahlara və dünyanın ən böyük buzqıran donanmasına malikdir ki, bu da ona regionda ABŞ və Kanada üzərində üstünlük qazandırır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti yazır.

Nəşr yazır ki, hazırda Şimali Amerikanın uzaq şimalında hərbi infrastruktur mövcud deyil:

“Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) peyk şəbəkəsi, yerüstü radarları və hərbi hava bazaları köhnəlib. Eyni zamanda ABŞ-yə məxsus yerüstü radarlar Rusiyanın ən yeni hipersəs raketlərini aşkar edə bilmir”.

Qeyd olunur ki, ABŞ və Kanada 1958-ci ildə NORAD-ın yaradılması haqqında müqavilə imzalayıblar.

Qəzet yazır ki, ABŞ-da böyük konteyner gəmilərini qəbul edə biləcək arktik dərin su limanları yoxdur. 

Kanadanın isə yalnız bir limanı var ki, bu da Şimal Buzlu okeanına çıxışı təmin edir və o, qütb dairəsindən 800 km cənubda yerləşir.

Bildirilir ki, Alyaska ştatının böyük bir hissəsində avtomobil və ya dəmir yolları yoxdur, bu isə Uzaq Şimala çıxışı çətinləşdirir. Eyni zamanda  ABŞ və Kanadanın Arktikadakı hava limanlarının uçuş-enmə zolaqları torpaq örtüklüdür, bu da onları yük və reaktiv təyyarələr üçün yararsız edir.

"The Wall Street Journal"-a görə, Rusiya Arktika sərvətlərinin mənimsənilməsində liderdir və 30-dan çox müxtəlif təyinatlı müasir atom buzqıran gəmilərə sahibdir:

“ABŞ-nin isə cəmi üç buzqıran gəmisi var, onlardan biri 50 ildir xidmətdədir, digəri isə 2024-cü ildə göyərtəsində baş verən yanğından sonra sıradan çıxarılıb. Vaşinqton Arktikada Ottavanın mühafizəsi gücləndirilmək üçün daha çox buzqıran gəmilər almağı planlaşdırır. Lakin hələlik bu planlar həyata keçirilməyib”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Arktikanın mənimsənilməsini dövlətin şübhəsiz prioriteti adlandırıb, çünki region müdafiə, logistika və enerji baxımından böyük strateji əhəmiyyətə malikdir. 

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlində Rusiyanın buzqıran donanması 41 buzqıran gəmidən ibarət idi, bunlardan 34-ü dizel-elektrik, 7-si isə atom buzqıranlarıdır.

2024-cü ilin noyabrında dünyanın ən güclü buzqıranı - "Çukotka" atom buzqıranı suya buraxıldı. Dekabrda isə 2022-ci ildə suya buraxılan "Yakutiya" atom buzqıranı istismara verildi.

Seçilən
25
cebheinfo.az

1Mənbələr