AZ

Təbrizdə şirkət işçiləri tətil keçirirlər

Təbriz şəhərindəki avtomobil hissələri istehsal edən “Çerxəşgər” şirkətinin işçiləri etiraz olaraq tətilə başlayıblar.

Məlumata görə, işçilərin etirazına səbəb isə 10 gün öncə şirkət rəsmilərinin onların tələblərinin həlli üçün lazımi tədbirlər görəcəkləri barədə vədlər versələr də, heç bir şey etməmələri olub.

Bildirilib ki, işçilər rəsmilərlə bir neçə dəfə danışıqlar aparsalar da, bu, heç bir nəticə əldə edə bilməyiblər. Qeyd olunub ki, şirkət rəsmiləri təxribat xarakterli addım ataraq, işçilərin günortadan sonra asudə vaxtlarını əlindən alıblar.

visiontv.az



Seçilən
1
visiontv.az

1Mənbələr