AZ

Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanunu təsdiqləyib

Bakı. Trend:

Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” yeniQanunu təsdiqləyib.

Trend xəbər verir ki, Qanunüç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda minaəleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinintəşkilinə və həyata keçirilməsinə şamil ediləcək.

Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanıntəhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılanmina əleyhinə fəaliyyətə şamil edilməyəcək.

Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqındaəsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqantərəfindən təsdiq ediləcək.

İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasınınqarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərindəxəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və yahəmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılartərəfindən təmin olunur.

Zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalininsağlamlığının qorunması haqqında” qanunlara uyğun olaraq ödənişsizpsixoloji və tibbi yardım göstəriləcək.

Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunlaqadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuşhallarda məsuliyyət daşıyacaqlar.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
13
31
az.trend.az

10Mənbələr