AZ

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılır

Bakı. Trend:

Əlilliyi olan şəxslərin əl işlərinin satışının həyatakeçirilməsi xüsusi elektron portal yaradılacaq.

Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yazsessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən“Sosial sığorta haqqında” Qanun və Vergi Məcəlləsinə təklif olunandəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, əl işlərinin satışını həyata keçirənəlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcəklər.

Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergiorqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergihesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimiişlərdən azad olacaqlar, bu işlər portal vasitəsilə elektronqaydada onların əvəzinə həyata keçiriləcək.

Əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək. Əl işlərininsatışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyiolan şəxs üçün açılan bank hesabına köçürüləcək. Həmçinin əlişlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosialsığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Qeyd edək ki, layihə ilə əl işlərinin satışını həyata keçirənəlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur. HazırdaVergi Məcəlləsində mövcud vergi rejimləri bu kateqoriyadan olanşəxslərin vergi orqanlarında qeydiyyatdan alınması şərti ilə tətbiqolunacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Seçilən
7
49
az.trend.az

10Mənbələr