Bakı. Trend:
Qeyi-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçısubyektlərin 2024-cü il üzrə reytinqi açıqlanıb.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışına istinadənxəbər verir.
Məlumata görə, ötən il üzrə qeyri-neft sektorunda iştirak edəndövlətə məxsus olan əsas ixracatçı subyektlərinin siyahısınaAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edib. Belə ki, idarəninixrac gəlirlərinin həcmi əvvəlki illə müqayisədə 36,3 milyon ABŞdolları, yaxud da 9,7% artaraq 410,5 milyon ABŞ dollarınaçatıb.
Siyahının sonuncu yerində 588,4 min ABŞ dollar ixrac gəliri ilə“Azəripək" MMC dayanıb. Şirkətin ixrac gəlirləri illik müqayisədə1,1 milyon və ya 2,9 dəfə azalıb. Ötən il MMC-nin ixracgəlirlərinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib.
Ötən il qeyi-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçısubyektlərin reytinqi ilə aşağıdakı cədvəldən tanış olabilərsiniz:
Şirkət adı | 2024 (milyon dollar) | 2023 (milyon dollar) |
ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 410.5 | 374.2 |
SOCAR Polymer MMC | 237.6 | 296.7 |
AzerGold QSC | 175.8 | 124.6 |
Azəralüminium MMC | 135.3 | 128.2 |
AzərEnerji ATSC | 93.1 | 401.5 |
Azərpambıq Aqrar Sənaye Kompleksi MMC | 56.1 | 22.2 |
Azərbaycan Hava Yolları QSC | 15.5 | 19.4 |
Naxçıvan MR Dövlət Energetika Xidməti | 1 | 944 min |
Suraxanı Maşınqayırma Zavodu ASC | 695.9 min | 0 |
Azəripək MMC | 588.4 min | 1.7 |