Ukrayna Fransadan ilk Mirage qırıcılarını fevralda alacaq.
Herbiand.az bildirir ki, bunu Ukraynanın keçmiş prezidenti və iş adamı Pyotr Poroşenko deyib.
“Bu təyyarələrdə işləyəcək ukraynalı pilotlar artıq təlimlərini başa vururlar”, - keçmiş prezident vurğulayıb.
Poroşenko Mirage təyyarələrinin ilk partiyasının çatdırılma tarixlərini açıqlayıb və onları “hava-hava” raketlərindən istifadə üçün effektiv silah adlandırıb.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot bir müddət əvvəl bəyan etmişdi ki, Paris 2025-ci ilin birinci rübünün sonuna qədər Ukraynaya Mirage 2000 qırıcılarını tədarük edəcək.
Bəxtiyar CƏFƏRLİ