AZ

Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqləndi

Milli Məclisdə "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi müzakirə edilib.

Oxu.Az xəbər verir ki, layihəyə Milli Məclisin Əmək və sosial siyasət komitəsində baxılıb.

Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği bu il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılır.

Layihə səsə qoyularaq qəbul edilib.

Mərahim Nəsib

Mənbə: oxu.az

Seçilən
14
oxu.az

1Mənbələr