Bakı. Trend:
Müəyyən kateqoriyaya daxil edilən vətəndaşlar sosial kirayəmüqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldəetmək məqsədilə yalnız bir dəfə uçota alına biləcəklər.
Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yazsessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilənMənzil Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sosial kirayə müqavilələri əsasındaqanunvericilik aktları ilə müəyyən edilən əsaslarla yaşayışsahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar, ocümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər, habeləqanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digərvətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzilfondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfəyaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcəklər.
Həssas kateqoriyadan olan bu şəxslərin mənzil təminatınınbilavasitə Mənzil Məcəllənin tələbləri çərçivəsində tənzimlənməsi(yəni yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasıvə onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilətəmin edilməsi) bu sahədə meydana çıxan bir sıra məsələlərin(mənzil fondunun statusu, onun hansı əsasla verilməsi, tərəflərarasında yaranan münasibətlərin tənzimlənməsi və s.) həllinə vədaha detallı tənzimləyə xidmət edəcək. Eyni zamanda qanunlayihəsinə əsasən, yaşayış sahəsi ilə təmin olunan şəxslərin təkrarmüraciətlərinin tənzimlənməsi də həyata keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları iləmənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxskimi uçota alınan bu kateqoriyadan olan şəxslərin növbəlilikəsasında mənzil təminatı məqsədilə geniş proqramlar həyatakeçirilir. 1 yanvar 2025-ci il tarixinə 15 600 mənzil və fərdi evşəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssastəbəqədən olan digər şəxslərə verilib.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.