AZ

İrəvan metrosunda xuliqanlıq edən xeyli sayda Rusiya vətəndaşı saxlanılıb

Fevralın 1-də bir neçə maskalı şəxs İrəvan metrosunun “Sasuntsi David” stansiyasından Respublika meydanına kimi metro vaqonlarını rəngləyiblər. Bu barədə Ermənistanın kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.

Qeyd edilib ki, insidentlə bağlı məlumat  polis şöbəsinə saat 21:30 radələrində daxil olub: "Az sonra metropolitendə naməlum şəxslərin qatara doğru daş atması barədə məlumat da daxil olub. Qatar hərəkət edə bilməyib. İlk məlumatda 8-10 nəfərin stansiyaların ara hissəsindən keçərək qatarlara yaxınlaşması və onları rəngləyərək xuliqanlıq hərəkətləri etməyə başlaması qeyd edilib". 

Artıq cinayəti törətməkdə şübhəli bilinənlər saxlanılıblar. Onların arasında Litva Respublikasının vətəndaşı 36 yaşlı Lukas Revinskas və Rusiya vətəndaşları 20 yaşlı Georgi Radgin, 20 yaşlı Saveliy Biryukov, 27 yaşlı Nikita Volçenkov ilə 19 yaşlı Stepan Say da var. Adıçəkilən şəxslər Baqrataşen sərhəd-keçid məntəqəsində Ermənistan sərhədini keçmək istəyərkən saxlanılıblar.

Tural

Seçilən
45
news365.az

1Mənbələr