AZ

Ukraynada prezident seçkiləri mövzusu gələcək danışıqlar üçün vacibdir – Peskov

Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi münaqişənin həlli ilə bağlı gələcək danışıqlar üçün vacibdir.

Herbiand.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Əlbəttə, Ukraynada seçkilərin keçirilməsi ideyasının özü rəhbərliyin legitimləşdirilməsi baxımından vacibdir. De-yure, Zelenskinin səlahiyyətləri başa çatıb".

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin münaqişənin həlli zamanı razılaşmaların qanuni şəkildə qeydə alınması üçün Ukrayna hakimiyyətinin legitimliyinin zəruriliyi ilə bağlı bəyanatına da işarə edib.

Seçilən
5
herbiand.az

1Mənbələr