AZ

Orban: “Ukrayna Əfqanıstana çevriləcək”

“Aİ ölkələri Ukrayna probleminin həlli üçün danışıqlara başlamalıdır, əks halda Ukrayna cəmiyyət üçün bir növ Əfqanıstana çevriləcək”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban da “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.

"İndi bizə diplomatiya lazımdır. Avropalılar düşünürlər ki, danışıqlar aparmamaq mənəvi cəhətdən doğrudur. Bu absurddur! Bunu müharibə zamanı etmək lazımdır! Əks halda müharibə sona çatmayacaq və Ukrayna Avropa İttifaqı üçün Əfqanıstana çevriləcək", - deyə Viktor Orban qeyd edib.

Onun sözlərinə görə, qərb ölkələrinin səhvi Kiyevə "qələbəyə qədər onların yanında duracağına" inandırmaq olub:

"Əvvəlcədən aydın idi ki, Ukraynanın qələbəsi mümkün deyil. Belə bir variant nəzərdən keçirilmirdi. Bu gün biz Ukraynaya yalnız atəşkəs və sülh yolu ilə kömək edə bilərik".

Baş nazir vurğulayıb ki, Qərb və keçmiş ABŞ prezidenti Cozef Baydenə Ukrayna münaqişəsi vasitəsilə Rusiyanı zəiflədib, onu xüsusi hərbi əməliyyat zonasında məqsədlərindən imtina etməyə məcbur etmək uğursuz alınıb:

"İndi Qərbə ABŞ Prezidenti Donald Tramp kimi güclü bir siyasətçinin müdaxiləsi lazımdır”. 

Onun fikrincə, Tramp "Gordianın düyününü kəsə bilər" və Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunmasına kömək edə bilər.

Xatırladaq ki, 3 fevral, 2025-ci ildə Tramp Vaşinqton yaxınlığındakı “Andrews” hava bazasındakı çıxışında, hökumətinin Rusiya və Ukrayna ilə görüşlər və danışıqlar planlaşdırdığını bildirib. O, bu görüşlərin müsbət nəticələr verəcəyinə ümid etdiyini qeyd edib.

Daha əvvəl, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya ABŞ ilə prezidentlər səviyyəsində əlaqələrə hazırdır, amma Vaşinqtondan buna dair hər hansı bir müraciət almamışdır.

Seçilən
10
cebheinfo.az

1Mənbələr