AFFA rəhbərliyində gözlənilməz ayrılıq baş verdiyi iddia olunur. Bu barədə "Sportinfo.az" məlumat yayıb.
Bildirilir ki, Sərxan Hacıyev federasiyadan gedib. O, icraçı vitse-prezident və baş katib vəzifələrini tərk edib.
Publika.az məsələ ilə bağlı AFFA-ya sorğu göndərib. Qurum yayılan informasiyanı təkzib edib.
Qeyd edək ki, Hacıyev 2022-ci ilin aprelindən baş katib, ötən ilin eyni ayından isə vitse-prezident vəzifəsini icra edir.