AZ

USAID ofisi bağlandı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən qərargahı Amerika administrasiyasının qərarı ilə bağlanıb.

Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, agentliyin nişanı mülki xarici yardımın və inkişafa yardımın bütün dünya üzrə yayılmasına cavabdeh olan agentliyin Vaşinqtonda Ronald Reyqan binasında yerləşən qərargahından götürülüb.

Milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) agentliyin həssas məlumatları ehtiva edən bütün kompüter sistemlərinə nəzarəti ələ keçirib.

Konqresin Tədqiqat Xidmətinin məlumatına görə, agentlik keçən il təxminən 40 milyard dollar vəsait idarə edib.

Musk Bazar ertəsi USAID-in fəaliyyətini dayandırdığını bildirib. O, ABŞ prezidenti Donald Trampın agentliyin bağlanması ilə bağlı onunla “razı olduğunu” deyib.

“Mən ondan bir neçə dəfə “Əminsənmi” sualını verdim”, – deyə o, Trampın sözlərini sitat gətirib.


Telegram kanalımız
Seçilən
38
50
yenisabah.az

10Mənbələr