AZ

Krasnoyarskda Böyük Vətən müharibəsinə aid minalat tapılıb

Rusiyanın Krasnoyarsk vilayətinin mərkəzində onlarla minaatan mərmisi tapılıb.

Herbiand.az bildirir ki, bu barədə “Borus. İnsanlar” Telegram kanalı Rusiya Milli Qvardiyasının regional idarəsinə istinadən xəbər verir.

Ümumilikdə, tikinti işləri zamanı 26 ədəd 82 mm-lik minaatan mərmisi aşkar edilib. Mərmilər Böyük Vətən müharibəsi dövrünə aiddir.

Tapılan minaların bəziləri döyüşə yararlıdır. Onlar zərərsizləşdirilmək üçün lazım olan yerə aparılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr