AZ

Ceyhun Bayramov latviyalı həmkarı ilə iki ölkə arasında gündəlikdə duran məsələləri müzakirə edib

Bakı. Trend:

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xariciişlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcudəlaqələr gündəliyində duran məsələlər, habelə regional vəbeynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, ocümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfliəməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyətiqeyd olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
2
32
az.trend.az

10Mənbələr