“Nikol Paşinyana ictimai etimad minimum həddə çatıb”.
Modern.az xəbər verir ki, bunu Respublika Partiyasının İcraiyyə Komitəsinin üzvü Eduard Şarmazanov jurnalistlərlə görüşündə bildirib.
“Demək olar ki, bütün siyasi xadimlər arasında belə bir fikir var ki, Nikol Paşinyan uğursuz idarəçidir və artıq Ermənistanın hər bir vətəndaşı üçün təhlükə doğurur”.
Şarmazanov Ermənistanın bütün müxalif siyasətçilərinə müraciət edərək, birləşməyə çağırıb.
“Gəlin, bütün fikir ayrılıqlarını kənara qoyub, Ermənistanı xilas edək”, - deyə o vurğulayıb.
Şarmazanov əmin edib ki, Respublika Partiyası Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün bütün səylərini göstərəcək.
Xatırladaq ki, Ermənistanda Respublika Partiyasının lideri eks-prezident Serj Sarkisyandır.