AZ

"İpək Yolu Sığorta"nın biznes itkiləri son bir ildə 10 mln. manatı ötüb

"İpək Yolu Sığorta"nını yığımlar üzrə itkiləri artmaqda davam edir. 2024-cü ildə sığorta şirkəti cəmi 6,21 milyon manat yığım əldə edib ki, bu da 2023-cü ilə nisbətən 62,4% azdır. 

Valyuta.az-ın hesablamasına görə son bir ildə “İpək Yolu Sığorta”nın yığımları 10,3 milyon manat azalıb. 2023-cü ildə şirkət 16,5 milyon manat sığorta haqqı toplaya bilmişdi. 
Bu dövrdə "İpək Yolu Sığorta"nın ödənişləri də 58,7% azalaraq 256 min manata enib. Əvvəlki ildə bu rəqəm 620 min manat təşkil edib. 

Sığorta şirkətinin zərərliliyi son bir ildə 3,8%-dən 4,0%-ə yüksəlib. 

Qeyd edək ki, əsasən hava nəqliyyatının sığortası üzrə ixtisaslaşan "İpək Yolu Sığorta"nın təyyarə sığortası üzrə portfelinin böyük hissəsi “PAŞA Sığorta”ya ötürülüb. Bu isə şirkətin biznes göstəricilərinə mənfi təsir edib. 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Seçilən
9
valyuta.az

1Mənbələr