Vladimir Putin və Donald Trampın görüşü ərəb ölkələrindən birində keçiriləcək.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Reuters” Agentliyi Rusiyadakı mənbələrə istinadən yayıb.
Agentliyin məlumatına əsasən, nəzərdən keçirilən ərəb ölkələri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyidir (BƏƏ).
“Reuters” son həftələrdə Rusiyanın yüksək rütbəli rəsmilərinin Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlərinin bununla bağlı olduğunu iddia edib. Lakin mənbələr bildirib ki, Moskva hələ də bu məkanlarda görüşün keçirilməsi ideyasını dəstəkləmir, çünki hər iki ölkənin təhlükəsizlik sahəsində ABŞ ilə sıx əlaqələri var.
Vasif