Ajans.az xəbər verir ki, bu barədə “New9Live” məlumat yayıb.
Məmur Bareillydən Laknova gedərkən oğrunun qurbanı olub. Kumarın birinci dərəcəli vaqonda getdiyi məlum olub. Hücum edən şəxs ora girərək nazirin smartfonunu oğurlaya bilib.
Dərhal Dəmir Yolunun Mühafizə Xidməti və polis cinayətkarın tutulması üçün birgə əməliyyata başlayıb. Tezliklə stansiyaların birində Sahil adlı şəxsi saxlamağa nail olublar. Onun üzərində 3 ədəd oğurlanmış mobil telefon aşkar edilib ki, onlardan biri nazirə məxsusdur.
Həmin şəxs saxlanılaraq istintaqa aparılıb. Dəmiryolunun Mühafizə Xidməti cinayətin hərtərəfli araşdırılması üçün üç istintaq-əməliyyat qrupu göndərib.