Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul Türkiyədən qayıdarkən Kişinyov hava limanında saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.
Qaqauziya administrasiyasının mətbuat sözçüsü Qutsulun hava limanında Moldova polisi tərəfindən sorğu-sual edildikdən sonra sərbəst buraxıldığını bildirib. Lakin onun əlavə dindirilməsinin səbəbləri ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, Moldovanın cənubunda yerləşən Qaqauziya Rusiya ilə yaxınlaşmanın tərəfdarı olduğu halda, mərkəzi hökumət Avropa ilə inteqrasiya siyasəti yürüdür. Bu səbəbdən Kişinyov Qaqauziyaya qarşı repressiv siyasət həyata keçirməklə regionun imkanlarını məhdudlaşdırmağa çalışır.