Bakı. Trend:
Ötən il güzəştli kredit mexanizmindən yararlanan sahibkarlıqsubyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb.
Trend bubarədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.
Məlumata görə, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindəngüzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 5min 722-yə çatıb. Bu göstərici 2023-cü illə müqayisədə 74,7% artıb.Bununla yanaşı, verilmiş kredit məbləği isə 28% artaraq 248,1milyon manat təşkil edib.
Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin53,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1%-i sənayeməhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1%-ixidmət, 2,1%-i turizm və 0,4%-i isə balıqçılıq və akvakulturasahələrinə yönəldilib.