Bodibilder sosial media üçün Sidney hava limanında təyyarənin işlək vəziyyətdə olan mühərrikinə qalxaraq video çəkib.
Herbiand.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.
23 yaşlı Presli Jinoski videonu 2024-cü ilin iyununda hava limanında işləyərkən lentə alıb. O, reaktivin turbininə qalxaraq bəzi idman hərəkətləri edib. İşdən azad olunduqdan sonra çəkdiyi videonu TikTok sosial şəbəkəsinə yerləşdirib. Video iki milyondan çox baxış toplayıb. Sonra paylaşım ictimai qaydaların pozulduğuna görə silinib. Bir çox istifadəçi Jinoskinin davranışını tənqid edib.
İdmançı əmin edib ki, çəkilişlər tamamilə təhlükəsiz olub: “Mən sadəcə olaraq istəyirdim ki, insanlar gülsünlər. Sanki təyyarədən indicə düşmüşəm və məşqə getməyə hazırlaşıram”.
Bəxtiyar CƏFƏRLİ