Karyerasını başa vuran Mariya Stadnik Azərbaycan Güləş Federasiyasında (AGF) qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Mariya bundan sonra funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.
Xatırladaq ki, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnik dünən karyerasını bitirdiyini açıqlamışdı.