2024-cü ildə "Azərenerji" ASC xaricə 93,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə 2023-cü ilə nisbətən 4,3 dəfə azdır.
“Yeni Sabah” bu barədə “İxrac İcmalı”na istinadən xəbər verir. Məlumata görə, son bir ildə dövlət şirkətinin ixrac gəlirləri 308,4 milyon dollar azalıb.
2023-cü ildə "Azərenerji" xaricə 401,5 milyon dollarlıq məhsul ixrac etmişdi.
Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, bu ilin oktyabrın 10-da Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib.
Telegram kanalımız