AZ

Şimali Koreyadan ABŞ-a sərt reaksiya: Təxribatlara dözməyəcəyik

Şimali Koreya ABŞ-ın dövlət katibi Marko Rubionun “yaramaz dövlət” ifadəsinə görə sərt reaksiya verib.

Publika.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Rubionun bəyanatları "ciddi siyasi təxribat" kimi qiymətləndirilib və bu ifadənin suveren dövlətin imicinə xələl gətirmək məqsədi daşıdığı vurğulanıb.

“ABŞ-ın xarici siyasətinə cavabdeh olan şəxsin düşməncəsinə sözləri və hərəkətləri ABŞ-ın Şimali Koreyaya qarşı dəyişməz düşmənçilik siyasətini bir daha təsdiqlədi. Biz Şimali Koreyaya qarşı həmişə düşmən mövqedə olan və bundan sonra da olacaq ABŞ-ın heç bir təxribatına dözməyəcəyik. Həmişə olduğu kimi bu dəfə də sərt əks addım atacağıq”, - deyə bəyanatda bildirilir.

Seçilən
6
publika.az

1Mənbələr