AZ

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara zəmanət-subsidiya mexanizmi üzrə ayrılan kreditin həcmi açılanıb

Bakı. Trend:

Ötən ilin fevral ayından etibarən “İşğaldan azad edilmişərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmiçərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirənsahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldəetdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətininverilməsinə başlanılıb.

Trend bubarədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı, həmin kreditlərin illik faizdərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindənsubsidiyalaşdırılır və kreditin müddətinin yarısından çoxolmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Ötən il bu ərazilərdə sahibkarların zəmanət-subsidiyamexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manatkreditə 19,2 milyon manat dövlət zəmanəti verilib. Həmçinin bukreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsitəsdiqlənib.

Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələrsənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib.Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıdaicra edilərək iqtisadiyyata töhfə verirlər.

Seçilən
10
az.trend.az

1Mənbələr