AZ

Trampın istəyi ilə İsrail İranın nüvə obyektlərini vura bilər

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını cilovlaya bilməsə, İsrailə İranın nüvə obyektlərinə zərbə endirməsinə icazə verə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalı yazıb.

“Tramp çox güman ki, çoxlu iqtisadi təzyiq tətbiq edəcək, həmçinin Vaşinqtonun dəstəklədiyi İsrail qüvvələrinin təhdidindən istifadə edərək, iranlılara aydın mesaj göndərəcək. Diplomatik həll yolu ola bilər, lakin İran nüvə infrastrukturunu məhv edəcək hərbi zərbələrdən qaçmaq üçün bundan istifadə etməlidir”, - nəşrin bəyanatında deyilir.

QAZİLER.AZ

Seçilən
13
1
qaziler.az

3Mənbələr