Elmi məqalələr və İncəsənət əsərləri bir arada!
QHT.az xəbər verir ki, 2025-ci ilin 5-6 iyun tarixlərində Quba şəhərində "İcma, Mədəniyyət və Elmi Əməkdaşlıq" mövzusunda Gənc Etnoqrafların I Respublika Forumu keçiriləcək. Forum, etnoqraf, tarix üzrə fəlsəfə doktoru Günay Çapay qızı Həsənovanın təşəbbüsü və Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə baş tutacaq.
Forumun əsas məqsədi:
- Yerli icmaların milli-mədəni və mənəvi irsini tanıtmaq,
- Mədəniyyətlərarası dialoqu inkişaf etdirmək,
- Gənc etnoqrafların elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanlar yaratmaqdır.
Forum çərçivəsində incəsənət nümayəndələrinin (peşəkar və həvəskar rəssamlar, qrafik dizaynerlər, heykəltəraşlar və s.) yerli icmaların mədəni və mənəvi irsinə həsr olunmuş incəsənət nümunələri (rəsm əsəri, posterlər, heykəltəraşlıq və s.) nümayiş olunacaq.
Forumun istiqamətləri:
- Tarix
- Etnoqrafiya
- Arxeologiya
- Mədəniyyət
- Tarixi abidələr
- Toponomika
- Mifologiya
- Coğrafiya
- Etnoturizm
Məqalələrin və incəsənət nümunələrinin qəbulu üçün son tarix: 01.05.2025
Konfransın elmi məqalələr və incəsənət əsərləri üçün qoyulan tələblərlə daha ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.
Forumda kimlər iştirak edə bilər?
- Konfrans mövzularına uyğun tədqiqat sahəsində araşdırma aparan gənc tədqiqatçılar,
- Muzey və qoruq əməkdaşları,
- Ali təhsil müəssisələrinin tələbələri,
- İncəsənət sahəsi üzrə mütəxəssislər,
- Rəssamlar,
- Qrafik dizaynerlər,
- Milli geyim mütəxəssisləri.
Qeydiyyat linki:
İştirakçılar üçün qeydiyyat artıq açılmışdır: Qeydiyyat linki
Əlavə suallarla bağlı əlaqə vasitələri:
E-mail: [email protected].
Koordinatorlar:
- Dos. Sübhan Talıblı (+994 50) 256-04-86
- Zümrüd Nuriyeva (+994 50) 583-23-58
- Elmi məsləhət şöbəsi: (+994 70) 355-01-82
Tədbirlə bağlı təşkilati məsələlər üzrə əlaqələndirici şəxs:
Xəyal Nuhbalayev (+994 55) 885-00-36