AZ

Polisi döyməkdə ittiham olunan deputat azadlığa buraxılıb

Eldəniz Səlimovun məhkəmələri ictimaiyyətdən gizli şəkildə həyata keçirilib

2010-2021-ci illərdə Milli Məclisin deputatı olmuş, 3 il 6 aydır ki, həbsdə saxlanılan Eldəniz Səlimov azadlığa buraxılıb.

Ona verilən 3 il yarımlıq cəzanın müddəti başa çatıb.

55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatı olmuş Eldəniz Səlimov 2021-ci ilin avqustundan həbsdə idi.

Onun 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmü Sumqayıt Ağır Cinayətlər Məhkəməsi çıxarmış, yuxarı instansiyalar da qüvvədə saxlamışdı.

Eldəniz Səlimovun məhkəmələri ictimaiyyətdən gizli şəkildə həyata keçirilib.

Deputatın məhkəməsinə jurnalistlərin girişinə qadağa qoyulduğuna görə, bu məhkəmə prosesində yaşananlardan ictimaiyyət xəbər tuta bilməyib.

Eldəniz Səlimov 2021-ci il avqustun 3-də həbs olunub.

Deputat iyulun 29-da qohumuna məxsus restoranda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunub.

O, həbsindən öncə yaydığı açıqlamada əməlinin yanlış olduğunu etiraf edərək üzr istəsə də, bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da vurğulamışdı:

"Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub”.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatı olub. 

O, 2020-ci ilin fevralında keçirilən son parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunub. Amma 2021-ci ilin yayında məlum qalmaqaldan sonra o, YAP-dan çıxarılıb.

Seçilən
15
arqument.az

1Mənbələr