AZ

Azərbaycan ötən il fındıq ixracından 127 milyon dollara yaxın - QAZANC GÖTÜRÜB

2024-cü il ərzində Azərbaycandan  xarici ölkələrə 126,7 milyon dollar dəyərində fındıq ixrac edilib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon dollar 5,9% artıb.

Qeyd edək ki, 2023-cü ildə 119,6 milyon dollar dəyərində fındıq ixrac edilib.

Təkcə dekabr ayında 12,8 milyon dollarlıq fındıq ixrac edilib ki, bu da illik müqayisədə 1 milyon dollar və ya 8,5% çoxdur.

Seçilən
19
1
fed.az

2Mənbələr