“Sağlam yetkin bir insan üçün qəhvənin gündəlik təhlükəsiz dozası 400 mq kofeindir”.
Qaziler.az xəbər verir ki, bunu qastroenteroloq Yevgeni Belousov “RİA Novosti”yə bildirib. O qeyd edib ki, orqanizmə diqqət etmək lazımdır, çünki kofeinə reaksiya insandan insana dəyişir.
“Bu, hər birinin həcmi 240 ml olan təxminən dörd stəkan dəmlənmiş qəhvəyə bərabərdir”, - həkim izah deyib.
Həkim qeyd edib ki, təxminən dörd stəkan qəhvə əksər sağlam insanlar üçün təhlükəsiz sayılır, lakin hamilə qadınlar və ürək-damar xəstəlikləri olan insanlar gündə bir-iki fincanla kifayətlənməlidirlər:
“Çünki kofeinin təsiri aldadıcıdır: əvvəlcə canlandırır, lakin sonra yorğunluq, narahatlıq və susuzluğa səbəb ola bilər. Buna görə də içdiyiniz qəhvənin miqdarına nəzarət etmək və su içmək vacibdir”.
QAZİLER.AZ