AZ

Şarmazanov: “Sülh kəsişməsi” və “Sülh gündəmi” artıq mövcud deyil

“Sülh kəsişməsi” və “sülh gündəmi” artıq mövcud deyil, onlar sadəcə boş kağızdır. Və hər mətbuat konfransından əvvəl və ya sonra Əliyev Nikol Paşinyana qarşı yeni tələblər irəli sürür, hansı ki, onları səssizcə həyata keçirir.

Herbiand.az bildirir ki, bunu fevralın 3-də jurnalistlərlə görüşündə Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

“Uğursuzluqlarını gizlətmək üçün Paşinyan və komandası ucuz hiyləyə əl atdılar: guya Ermənistan Aİ-yə gedir. Əliyevin anti-erməni bəyanatlarından sonra Ermənistan ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə Paşinyan hökuməti referendumun keçirilməli olduğu layihəyə müsbət rəy vermək qərarına gəlib və Nazirlər Kabineti isə Ermənistanın Aİ-yə qoşulmasının tərəfdarıdır. Unutmamalıyıq ki, cəmi bir neçə ay əvvəl Paşinyan demişdi ki, referenduma ehtiyac yoxdur”, - Şarmazanov bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr