AZ

Türkiyədə qanunsuz mərc əməliyyatlarında 17 nəfər saxlanıldı

Türkiyədə qanunsuz mərc əməliyyatı zamanı 17 şübhəli saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat mərkəzi Samsun olan 5 vilayətdə həyata keçirilib.
 
Samsun, İstanbul, İzmir, Ankara və Kocaelidə eyni vaxtda həyata keçirilən əməliyyatlarda cinayət yolu ilə əldə edildiyi düşünülən 2 ədəd sənədsiz tapança, 1 ədəd boş tapança, 1 milyon 212 min 722 lirə (təx:60 min manat), çoxlu sayda rəqəmsal material və sənədlər aparılan axtarışlar zamanı ələ keçirilib.
 
Əməliyyat zamanı 17 şübhəli saxlanılıb, lakin şübhəlilərdən ikisinin başqa cinayətlərə görə həbsxanada olduğu öyrənilib.
 
Şübhəlilərdən 4-ü ifadə verdikdən sonra sərbəst buraxılıb.
 
Oksana
Seçilən
27
azxeber.com

1Mənbələr